Mən sizi öz saytımızın səhiyyə bölməsində salamlamağıma şadam!

 

Elmi-texniki şirkət olan VİTTA 1991-ci ilin may ayında təsis edilmiş və ixtisaslaşmış informasiya sistemlərinin, telekommunikasiya, kompüter texnikası və tibbi texnikanın istehsalı və layihələndirilməsi məqsədilə Azərbaycanda yaradılan ilk peşəkar şirkət olmuşdur.

Şirkət, elmi baxımdan həssas elektron hərbi texnikasının layihələndirilməsi sahəsində çalışmış aparıcı peşəkar-mütəxəssislər tərəfindən təsis edilmişdi.

Azərbaycan öz müstəqilliyini əldə etməzdən öncə, Sovet İttifaqının tərkibindəykən, bütün İttifaqda ilk dəfə olaraq, konversiya üzrə komitənin sifarişi ilə 1992-ci ildə VİTTA şirkətinin mütəxəssisləri tərəfindən bir sıra tibbi cihazlar, həmçinin, ən yaxşı xarici aparatlardan geri qalmayan, metal-keramik diş protezlərinin hazırlanmasında istifadə olunan, qurulmuş mikrokompüter idarəetmə mexanizminə malik olan Elektron- vakuumlu, yüksək temperaturlu, üstün dəqiqliyə malik soba ixtira edilmiş və patentləşdirilmişdir. Azərbaycanda layihəsi hazırlanan bu aparat, Moskva şəhərində tibbi texnika üzrə Ümumittifaq Elmi Tədqiqat institutunda bütün tibbi və texniki təcrübələrdən keçmiş və silsilə istehsal üçün tövsiyə edilmiş yeganə tibbi aparat idi.

Bizim şirkətin səhiyyə sahəsindəki başlıca vəzifə və məqsədləri:

- dünyada tibbi texnologiya sahəsində baş verən ən son nailiyyətlərin səhiyyə müəssisələrinə yol tapmasına şərait yaratmaq; - yüksək peşəkarlığa malik kadrların hazırlanması məqsədilə yüksək tibbi texnologiyalar üzrə Maarifləndirmə mərkəzinin fəaliyyətinin təmin edilməsi; - ölkədə «rəqəmsal» xəstəxanaların və «rəqəmsal» səhiyyənin, həmçinin, xəstələrin səhiyyə müəssisələri və həkimlərlə distansion rabitəsini təmin edən sistemlərin bütövlüklə tətbiqinə şərait yaradan ən son milli proqram məhsullarının yaradılması və layihələndirilməsi; - yeni texnologiya və üsulların tətbiqi sayəsində səhiyyə sisteminintəkmilləşdirməklə, hər bir insanən həyat keyfiyyətinin artırılmasını təmin etmək. Bu vasitə ilə, indikindən fərqli olaraq, xəstəliyin müalicəsinə daha tez başlamaqla, insan ömrünü uzatmaq, daha dolğun və mənalı həyat yaşamalarını təmin etmək mümkün olacaq; - insanların səhiyyə sahəsindəki bilik və anlayışlarını mütəmadi olaraq genişləndirməklə, hər bir şəxsdə öz sağlamlığına qarşı sivil münasibətin yaranmasına çalışmaq.

Bizim şirkət xəstələrə münasibətdə yeni era açan səhiyyə texnologiyaları və xidmətləri təklif edir.

Müalicə və diaqnostika sahəsindəki ən son texnologiyalara dair bilik və təcrübələrimizin olması, bütün tibbi biznes sahələri – ümumi səhiyyə, estetik səhiyyə, stomatologiya, laboratoriya diaqnostikası və məhkəmə səhiyyəsini əhatə etməyimizə imkan yaradır.

Rəsmi distribüter hüquqları ilə, bir sıra aparıcı korporasiyalarla (General Electric Healthcare, Johnson&Johnson, AGFA, Кarl Storz, Carl Zeiss, Olympus, Thermo Fisher Scientific, Life Technology, Becton Dickinson, Horiba group, Terumo, Dornier, ScottCare, Moog, Natus, Diasys, Merivaara, Lojer, DJO group, Quanta System, Fotona, 3M, Acteon group, Dentsply group və s. kimi) uzun illərdir apardığımız uğurlu əməkdaşlıq sayəsində, birinci dərəcəli çoxprofilli xəstəxanaların təchizatı və layihələndirilməsi ilə əlaqədar ən böyük və qlobal tapşırıqları dünyada baş verən ən son nailiyyətlərə uyğun şəkildə həll edə bilmişik.

Ümid edirik ki, Siz tibbi məhsullara və ən son tibbi texnologiyalara dair əhəmiyyətli və doğru məlumatları bizim şirkətdə əldə edə bilərsiniz.

VİTTA şirkəti öz müştərilərinə peşəkar tapşırıqlarının həyata keçirilməsi üçün kompleks həllərlə tanışlığı təklif edir. Həmçinin biz, layihələrin maliyyələşdirilməsi, xidmət göstərilməsi, layihələrin hazırlanması üzrə və marifləndirmə proqramları və idarəetmə konsaltinqinə dair dəstəyimizi təklif edirik. Bizim fərdi yanaşmamız isə, sizin fəaliyyətinizin effektivliyini təmin edəcək.

Bu gün təqribən 25 illik fəaliyyət təcrübəsi olan VİTTA şirkəti, özü üçün prioritet olan nüfuzu və etibarı ilə qürur duyur.

Biz inanırıq ki, bizim arzumuz – Sağlam insanlar, Zəngin ölkə - gələcək nəsillər üçün reallığa çevriləcək. Bizim fəaliyyətimiz sayəsində ölkə daha da sağlam və xoşbəxt olacaq.

 

 

 

Ən xoş diləklərlə,

Kamil Quliyev
Baş Direktor